...

"Yarat!" Müasir İncəsənət Məkanı uşaqlar arasında "BacarArt" layihəsi həyata keçirir

Mədəniyyət Materials 19 Noyabr 2012 10:00 (UTC +04:00)
Trend-in məlumatına görə, 6 noyabrdan etibarən başlayan layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı uşaqların üzə çıxarılmasıdır.
"Yarat!" Müasir İncəsənət Məkanı uşaqlar arasında "BacarArt" layihəsi həyata keçirir

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

20 noyabr - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Yarat!" Müasir İncəsənət Məkanı uşaqlar arasında "BacarArt" layihəsi həyata keçirir.

Trend-in məlumatına görə, 6 noyabrdan etibarən başlayan layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı uşaqların üzə çıxarılmasıdır.

"BacarArt" layihəsi çərçivəsində "Yarat!" Müasir İncəsənət Məkanının gənc rəssamları tərəfindən uşaqlara master-klass veriləcəkdir. Layihədə Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yerləşdiyi 8 rayondan (Göygöl, Goranboy, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Xəzər) 24 uşaq iştirak edəcəkdir.

20 noyabrda baş tutacaq yekun mərasimdə uşaqların əl işindən ibarət hərrac sərgisi təşkil olunacaq və əldə olunan gəlir istedadlı uşaqların bu sahədə yaradıcılıqlarının inkişafına sərf ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti