...

BacarArt layihəsinin hesabat sərgisi keçirilib

Mədəniyyət Materials 28 Noyabr 2012 10:00 (UTC +04:00)
YARAT! Müasir İncəsənət Məkanının və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə səyləri nəticəsində həyata keçirilən BacarArt layihəsinin hesabat sərgisi keçirilib.
BacarArt layihəsinin hesabat sərgisi keçirilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

YARAT! Müasir İncəsənət Məkanının və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə səyləri nəticəsində həyata keçirilən BacarArt layihəsinin hesabat sərgisi keçirilib.

Trend-in məlumatına görə, layihənin iştirakçıları ölkənin müxtəlif regionlardan olan ağır vəziyyətli və aztəminatlı ailələrin uşaqlarıdır. Bir neçə həftə ərzində peşəkar rəssamlar və fotoqraflar layihədə iştirak edən uşaqlara rəsm, fotoşəkil çəkmə və kollaj sənətinin "əlifbasını" öyrədiblər. Layihə fəaliyyətlərinin həyata keçirilməsi nəticəsində yaranan əsərlər layihənin yekun sərgisində tamaşaçılara nümayiş etdirilib.

Layihədə iştirak edən bütün iştirakçılar rəsm üçün dəst və fotoaparatlar kimi yaradıcılıq mükafatları ilə təltif ediliblər. Rusiya İncəsənət Akademiyasının prezident müavini, görkəmli Azərbaycan rəssamı Tahir Salahov, Azərbaycan İncəsənət Akademiyasının rektoru Ömər Eldarov kimi korifeylər, habelə Azərbaycan incəsənətinin digər tanınmış xadimləri uşaqlara dəstək olmaq məqsədilə sərgiyə təşrif buyurmuşdular.

Sərgiyə gələn tamaşaçılar bəyəndikləri əsərləri satın almaq və beləliklə, gənc müəlliflərin taleyinə təsir etmək imkanı qazanıblar. Satış-sərgi nəticəsində əldə olunan vəsaitlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərəncamına veriləcək, sonra isə bu vəsaitlər layihənin kiçik iştirakçılarının ailələrinə yardım etmək məqsədilə istifadə olunacaq.

Layihə iştirakçıları ümid edirlər ki, belə bir təşəbbüs uşaqların bacarıqlarının inkişaf etdirilməsinə səbəb olacaq və uşaqlara incəsənət aləmində gərəkli olmalarını hiss etməyə və öz güclərinə inanmağa kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti