...

Azərbaycan rəssamları Londonda keçiriləcək sərgidə iştirak edəcəklər

Mədəniyyət Materials 13 Dekabr 2012 16:25 (UTC +04:00)
Azərbaycan rəssamları dünyanın məşhur sərgi və hərrac evi olan "Sotheby's"in gələn il martın 4-dən 12-dək Londonda keçirəcəyi "Yolayrıcında" adlı sərgidə iştirak edəcəklər.
Azərbaycan rəssamları Londonda keçiriləcək sərgidə iştirak edəcəklər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan rəssamları dünyanın məşhur sərgi və hərrac evi olan "Sotheby's"in gələn il martın 4-dən 12-dək Londonda keçirəcəyi "Yolayrıcında" adlı sərgidə iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyindən çümə axşamı Trend-ə verilən məlumata görə, satış sərgisində ilk dəfə olaraq Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələri təqdim ediləcək. Sərgidə Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müasir rəssamlarının 50-dək əsəri nümayiş olunacaq. Bu əsərlərdə 1960-cı illərin nonkonformizm və sosialist realizmindən müasir incəsənətə keçid özünü göstərir.

Sərginin məqsədi Qafqaz və Orta Asiya ölkələrinin mədəniyyətini onların sovet tarixi fonunda bütün müxtəlifliyi ilə göstərməkdir. Sərgi 1970-80-ci illərin nonkonformizm və rəsmi sosrealizm incəsənətindən çıxan və hazırda individuallığını əldə etməyə çalışan sənət nümunələrini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti