...

Azərbaycanda ilin ən yaxşı kitabxana və kitabxanaçısı seçiləcək

Mədəniyyət Materials 26 Fevral 2013 16:11 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi 2013-cü il üçün "İlin kitabxanası" və "İlin kitabxanaçısı" nominasiyaları üzrə müsabiqə keçirir.
Azərbaycanda ilin ən yaxşı kitabxana və kitabxanaçısı seçiləcək

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi 2013-cü il üçün "İlin kitabxanası" və "İlin kitabxanaçısı" nominasiyaları üzrə müsabiqə keçirir.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycan Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" əsasında təşkil edilir.

Müsabiqənin məqsədi şəhərin, rayonun, kəndin həyatında kitabxanaların rolunu artırmaq, kitabxanaçıların yaradıcı potensialını inkişaf etdirməkdir, eyni zamanda, kitabxanaçı peşəsinə və bütövlükdə kitabxanaların fəaliyyətinə ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətini cəlb etməkdir.

Müsabiqənin nəticələri noyabrda bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti