...

“Univision” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

Mədəniyyət Materials 19 İyun 2013 23:11 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə iyunun 21-də Bakıda Heydər Əliyev adına sarayda “Birinci ol” şuarı altında “Univision” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
“Univision” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə iyunun 21-də Bakıda Heydər Əliyev adına sarayda "Birinci ol" şuarı altında "Univision" tələbələrin I Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

Trend-in məlumatına görə, müsabiqə ilə bağlı çərşənbə günü təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev 20 ölkənin təmsilçilərini salamlayaraq "Univision" I beynalxalq mahnı müsabiqəsini açiq elan edib.

Sonra müsabiqənin püşkatma mərasimi keçirildi. Püşkatmanın nəticələrinə görə, ölkələrin çıxışları bu şəkildə sıralandı:

1. Türkiyə
2. Qırğızıstan
3. Qazaxıstan
4. Yunanıstan
5. Russiya
6. Meksika
7. Litva
8. Polşa
9. Indoneziya
10. Albaniya
11. Estoniya
12. Rumıniya
13. Almaniya
14. Gürcüstan
15. Braziliya
16. Pakistan
17. Belarus
18 Azərbaycan
19. Moldova
20. Tacikistan

Müsabiqədə Avropa, Asiya və Amerika qitələrində yerləşən 20 ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin bakalavr və magistr pillərində təhsil alan tələbə ifaçı və jurilərin iştirakı planlaşdırılır.

Müsabiqədə ölkəni təmsil edən juri öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 avro təşkil edir.

Azərbaycanı beynəlxalq müsabiqədə "Univision" tələbələrin II mahnı müsabiqəsinin qalibi, Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə təmsil edəcək.

Qeyd edək ki, şounun xüsusi qonaqları "Eurovision 2011" qalibi Eldar Qasımov və "Eurovision 2013" gümüş mükafatçısı Fərid Məmmədov olacaq.

Xəbər lenti

Xəbər lenti