...

“28 Cinema”da “Azərbaycanda Britaniya Film Festivalı 2013” keçirilir

Mədəniyyət Materials 7 Dekabr 2013 13:45 (UTC +04:00)
Kinoteatrdan Trend-ə verilən məlumata görə, “28 Cinema” "British Council", "British Airways" şirkətinin və Böyük Britaniya səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 6-da “Azərbaycanda Britaniya Film Festivalı 2013” təşkil edib.
“28 Cinema”da “Azərbaycanda Britaniya Film Festivalı 2013” keçirilir

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" növbəti film festivalına məkan sahibliyi edib.

Kinoteatrdan Trend-ə verilən məlumata görə, "28 Cinema" "British Council", "British Airways" şirkətinin və Böyük Britaniya səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 6-da "Azərbaycanda Britaniya Film Festivalı 2013" təşkil edib.

Festivalın rəsmi açılışında "British Council"-ın Azərbaycan üzrə direktoru xanım Elizabet Uayt, "British Aiways"-ın regional direktoru Mayk Rok iştirak edib. Tədbirə bir çox məhşur mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər dəvət olunublar.

Açılış mərasimində qonaqlar üçün furşet təşkil olunub, Londona bilet uduşu olan lotereya keçirilib və daha sonra festivala daxil olan "Div - eqoist" filmi nümayiş olunub.

Qeyd edək ki, festivalın proqramına "Saving Santa" 3D, "Diana", "Now is good", "The World's End", "Suspension of Disbelief", "The Double", "About time" və "The Selfish Giant" kimi filmlər daxil edilib. Festival dekabr ayının 6-dan 11-dək davam edəcək.

Filmlər yalnız ingilis dilində nümayiş olunacaq.

Filmlər və festival haqqında daha ətraflı məlumatı www.28cinema.az saytından və kinoteatrın rəsmi facebook səhifəsindən əldə etmək mümkündür.

Biletlərin qiyməti filmin formatından asılı olaraq 2 və 3 AZN arasında dəyişir.

Biletləri kinoteatrın kassalarında əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 118 nömrələrinə zəng vurmaqla sifariş edə bilərsiniz.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir.

"28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti