...

"Azərbaycan – doğma diyar" devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək

Mədəniyyət Materials 19 İyun 2014 17:05 (UTC +04:00)
Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
"Azərbaycan – doğma diyar" devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008 və 2011-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları "Musiqi dünyası" jurnalında çap olunub. İctimai Televiziya tərəfindən festivallara informasiya dəstəyi verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən işlərin davamı olaraq 23-25 iyun 2014-cü il tarixlərində "Azərbaycan - doğma diyar" devizi altında Milli Azlıqların IV Respublika Festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" (CD) diskinin buraxılması, R.Behbudov adına Mahnı Teatrında 23-24 iyun, saat 11:00-18.00-dək bədii kollektivlərin çıxışları, 25 iyun saat 16:00-da Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərginin, 16:30-da yenə də Muzey Mərkəzində "Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda "dəyirmi masa"nın təşkili planlaşdırılır.

25 iyun saat 18:00-də isə Azərbaycan Dövlət Musiqili Teatrında festivalın qala konserti gözlənilir. İctimai Televiziya tərəfindən festivala informasiya dəstəyi veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti