...

Dünya gözəlləri Bakıda Xəzər dənizinin sahilində (FOTO)

Mədəniyyət Materials 9 Sentyabr 2014 17:18 (UTC +04:00)
Nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıda Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzlərindən birinə baş çəkiblər.
Dünya gözəlləri Bakıda Xəzər dənizinin sahilində (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Vüqar İmanov/

Nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıda Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzlərindən birinə baş çəkiblər.

Trend-in məlumatına görə, finalçılar burada türkiyəli mütəxəssislər Onur Xazar (xoreoqraf) və Məlikə Yaşılyolun (moda üzrə direktor) rəhbərliyi altında növbəti məşqlərinə çıxıblar.

"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Biletlərin əldə edilməsi məsələləri üzrə telefon nömrələri: (012) 596 62 49, (077) 498 00 00

Müsabiqənin informasiya dəstəyi Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti