...

BUTA İncəsənət Mərkəzi Kann kinofestivalının əsas proqramının 8 qısa filminin premyera nümayişini təqdim edəcək (FOTO)

Mədəniyyət Materials 3 Oktyabr 2014 14:27 (UTC +04:00)
BUTA İncəsənət Mərkəzi “Film Delicatessen” çərçivəsində 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmini, o cümlədən "Sonuncu" (The Last one) filminin premyera nümayişini təqdim edəcək.
BUTA İncəsənət Mərkəzi Kann kinofestivalının əsas proqramının 8 qısa filminin premyera nümayişini təqdim edəcək (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

BUTA İncəsənət Mərkəzi "Film Delicatessen" çərçivəsində 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filminin, o cümlədən "Sonuncu" (The Last one) filminin premyera nümayişini təqdim edəcək.

Təqdimat oktyabrın 24-də Heydər Əliyev Mərkəzində olacaq.

2014 ildə Kann kinofestivalına 128 ölkədən 3450 film göndərilmişdir. BUTA İncəsənət Mərkəzi Azərbaycan tamaşaçısına bir axşam ərzində dünyanın nüfuzlu kinofestivalının əsas müsabiqəsində iştirak edən filmlərlə taniş olmağa eksklüziv imkan yaradacaq.

Film 24 oktyabr tarixində saat 20.00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 1) nümayiş olunacaq.

Nümayişdə iştirak edəcək qısametrajlı filmlər:
- Execution (Macarıstan-Rumıniya);
- Yes we Love (Norveç);
- The Invisible Spaces (Gürcüstan);
- AISSA (Fransa);
- LEIDI (Böyük Britaniya-Kolumbiya);
- Crocodile (Böyük Britaniya);
- SKUNK (ABŞ);
- SONUNCU (The Last one), (Rusiya-Azərbaycan).

Azərbaycan üçün sonuncu Kann kinofestivalı xüsusi olmuşdur. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasınının prodüserləşdirdiyi film Kann festivalının əsas müsabiqə proqramına daxil edilmişdir. Buta Films və Azərbaycanfilm kinostudiyasının birgə istehsalı olan "SONUNCU"nun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülmüşdür və nəhayət öz vətənində də öz tamaşaçısını tapacaqdır.

Qoca hər kəsi itirmişdi. Dostlarını, həyat yoldaşını, övladlarını... Ancaq o tənha deyildi. Dəhlizdə köhnə buzdolabı səs salırdı. Sonuncu dəfə insanlarla nə vaxt ünsiyyətdə olduğu qocanın heç yadında deyildi və o, hər axşam ölmək üçün yatağına uzanrdı. Səhər yuxudan oyanarkən o yavaş addımlarla buzdolabının yanına gedirdi. Buzdolabını yaxşı həmsöhbət adlandırmaq olmazdı - o gah yerində titrəyir, gah uğuldayır, gah da birdən-birə sözünü tamamlamamış susurdu. Amma, hər nə qədər olsa da, o qoca üçün ailəsini və dostlarını əvəz edirdi.
Sonuncu gün adi başlamışdı. Qoca yuxudan oyandı və eyvana getdi. Ancaq buzdolabı artıq canını tapşırmışdı...

Bu dərin və orijinal dramanın çəkilişi Bakıdan 120 km aralıda yerləşən Şabran şəhərində, Sura kəndində aparılmışdı. "SONUNCU" - sadəcə film deyil. "SONUNCU" gənc prodüserlərin - Mariya İvanova və Nəsib Piriyevin uğurlarının tarixçəsidir ("Buta Films" kinokompaniyası). 80-dən çox film və sikl verilişlər çəkmiş və efirə təqdim etmiş sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınadılar və dərhal da Kann kinofestivalının iştirakçısı oldular.

2014 ilin may ayından etibarən "SONUNCU" filminin planetin böyük festivallarına seyahəti davam edir. San-Paoloda (Braziliya) keçirilən qisametrajlı filmlərin beynəlxalq kinofestivalında "SONUNCU" 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olundu. 20-Palm Springs International Short Film Festival, 36-Moscow International Film Festival, Kinotavr, Big Sur International Short film Screening Series, Film Festival della Lessinnia, 25 San Paolo International Short Film Festival, Aye-Aye Film Festival Nancy Lorraine, Voices 2014, Koroche, Sarajevo Film Festival, Batumi International Art-House Film Festival, Athens International Film Festival, Bridge Film Fest Kosovo, SHNIT Film Festival, International Short Film Festival Cyprus, Asiana Int Short Film Festival, International Short Film Festival COURTS DEVANT, Singapore International Film Festival - bu SONUNCU-nun iştirak etdiyi festivalların siyahısıdır.

Nəsib Piriyev, prodüser:
"Sonuncu" - bizim ilk bədii filmimizdir. Biz sənədli film sahəsində topladığımız bütün təcrübəni "Sonuncu"-nun ərsəyə gəlməsi üçün istifadə etdik və çox sevindiricidir ki, festival bu filmi giymətləndirdi. Əminəm ki, bu uğur təsadüfi deyil, bu uğur layihənin bütün iştirakçılarının istedadının təzahür etməsinə, hər birimizin təmiz not götürməyimizə imkan yaradan işə düzgün yanaşmanın nəticəsidir.
Layihəni işə salarkən biz təbii ki, müsabiqələr və təltiflər haqqında düşünmürdük. Şəxsən mənim üçün bu bir şərəf məsələsi idi - öz vətənimdə ilk dəfə bədii film çəkmək və səmimi, gerçək dillə bizi həqiqətən də narahat edən məsələlər - keçmişin dərsləri, qocalığın tənhalığı, nəsillərin əlaqəsi haqqında, heç nəyə baxmayaraq həyatı davam etməyin, nəfəs almağa davam etməyin vacibliyi haqqında danişmaq".

Mariya İvanova, prodüser:
"Bir il bundan əvvəl biz partnyorum Nəsib Piriyevlə ilk bədii qısametrajlı filmimizi çəkməyə qərar verdik. Serqey Pikalovun layihəsi bizə çox qeyri-adi və cazibəli göründü. İdeyanın gerçəkləşməsi 9 ay ərzində mümkün oldu və bu filmin yaradılması həqiqətən də bir körpənin dünyaya gəlməsini xatırlatdı. Ancaq bizim körpəmizin 60 yaxın atası-anası mövcuddur. Layihəni həyata keçirilməsində bizə Azərbaycanın Mədəniyyət Nazirliyi kömək etdi. Vəsaitinin bir qismini sponsorlar ayırdı. Çəkiliş qrupunu əsasən Rusiyadan cəlb etdik.
Filmin uğur qazanmasında bizim operator Denis Malışevin də böyük rolu olmuşdur. Bu istedadlı insan mövzunu hiss edərək abu-havanı incə şəkildə əks etdirməyi bacardı.
Filmdə əks olunan tarix hər bir ölkədə baş verə bilərdi. Tənha qocalar hər bir yerdə var. Azərbaycan uzunömürlülər ölkəsidir və heç də təsadüfi deyil ki, süjetə görə bizim qəhrəmanın təxminən 100 yaşı var".

Serqey Pikalov, rejisor:
"Bu film insanlar tərəfindən çəkilib, onların hansı ölkədən olmağı - ikinci dərəcəli məsələdir. Çəkiliş meydançasında heç kəs düşünmürdü ki, biz rus və ya Azərbaycan filmi çəkirik. Biz eyni dildə danışırdıq - kinematoqraf dilində.
Kino - kollektiv əməyin məhsuludur. İlkin ideyaya hər kəs nə isə özünükünü əlavə edir. Ona görə də şəxsən mənim üçün "müəllif kinosu" termini sonuna qədər anlaşılmazdır. Ancaq bizim filmimizi müəllif filmi adlandırsaq, belə çıxır ki, onun üzərində işləyən hər kəs - müəllifdir. Avtomobildən detalın birini söküb atsaq, o bəlkə də hərəkət edə bilər, ancaq fakt deyil ki, yolun sonuna çatacaq"..

Filmin baş rollarında azərbaycanlı aktyorlar çəkilib - İdris Rüstəmov və Corc Qafarov. 66 yaşlı İdris Rüstəmov kastinqə təsadüfən gəlib çıxdı, ancaq onun xarici görkəmi və energetikası dərhal rejisoru cəlb etdi. Artistlə ilk söhbətdən sonra qərar verildi - qoca rolunda İdris Rüstəmov oynayacaq.

Gənc aktyor Corc Qafarov uşaq evində böyüyüb. 15 yaşındadır, amma artıq peşəkar kino artistidir - 10-dan artıq rolda oynamış, hətta filmlərin birində məşhur italyan aktrisası Aziya Arcento ilə birgə çəkilib.

"Buta films" kino şirkəti - "Buta" İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır. Bu, qarşımızda qoyduğumuz vəzifələrdən ən önəmlisidir. Artıq həyata keçirilmiş və hələ işıq üzü görməyə hazırlaşan çoxlu sayda layihələr - festivallar, sərgilər, konsertlər, filmlər - məhz bu vəzifəyə həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti