...

"28 Cinema" "ONE DIRECTION" qrupunun pərəstişkarlarını sevindirməyə tələsir

Mədəniyyət Materials 8 Oktyabr 2014 16:11 (UTC +04:00)
2010-cu ildə Londonda ingilis və irland oğlanlardan ibarət qrup yaradıldı. Bu qrupa Harri Stayls, Lui Tomlinson, Nayl Xoran, Zeyn Malik və Liam Peyn daxildir. Onlar 90 dəfədən çox dünya musiqi çartlarının zirvələrini fəth ediblər.
"28 Cinema" "ONE DIRECTION" qrupunun pərəstişkarlarını sevindirməyə tələsir

2010-cu ildə Londonda ingilis və irland oğlanlardan ibarət qrup yaradıldı. Bu qrupa Harri Stayls, Lui Tomlinson, Nayl Xoran, Zeyn Malik və Liam Peyn daxildir. Onlar 90 dəfədən çox dünya musiqi çartlarının zirvələrini fəth ediblər.

"One Direction" qrupunun indiyə qədər bütün dünya üzrə 45 milyon nüsxədən çox albom yazıları, "sinql"ları və DVD diskləri satılıb. "One Direction" çoxsaylı musiqi mükafatlarına, o cümlədən "Brit Awards", "American Music Awards", "Billboard Music Awards", "Teen Choice Awards", "MTV Video Music Awards" kimi möhtəşəm mərasimlərin və digər tədbirlərin mükafatlarına layiq görülüblər. Dünya turnesi çərçivəsində bu qrupun konsertlərinə 6 milyondan çox bilet satılıb. Heç şübhəsiz ki, bu - "ONE DIRECTION" qrupudur.

İlk dəfə olaraq "One Direction" qrupu 2012-ci ilin əvvəlində öz "Up All Night" debüt albomunun buraxılışından sonra bütün dünyada məşhurlaşıb.

11-12 oktyabr tarixlərində, demək olar ki, dünyanın bütün ölkələrində eyni zamanda "One Direction: Where We Are" adlı film-konsertin nümayişi keçiriləcək. Film qrupun hər bir pərəstişkarına özünü canlı konsertdə tamaşaçı qismində hiss etməyə, qrupun yaradıcılığının hər bir pərəstişkarının qiymətləndirdiyi "enerji"dən zövq almağa imkan verəcək. Pərəstişkarlar pərdə arxasına baş çəkmək və konsertin kino versiyası üçün xüsusi olaraq çəkilmiş eksklüziv müsahibəyə baxmaq imkanını əldə edəcəklər. Biletlər artıq satışdadır. Seanslar və yerlərin sayı məhduddur. Daha ətraflı məlumatı kinoteatrın http://28cinema.az/ saytından əldə edə bilərsiniz.

Həmçinin, kinoteatr xüsusi plakatlar və qolbaqların müsabiqə-viktorinasını keçirəcək. Bunun üçün, lütfən, kinoteatrımızın rəsmi "Facebook" səhifəsini izləyin:

https://www.facebook.com/28Cinema?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti