...

Gəncə yazarları dünyanın ikili siyasətinə etiraz etdilər: "Soyqırımı türklər yox, ermənilər törədib"

Mədəniyyət Materials 23 Aprel 2015 12:35 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Çanaqqala savaşının 100 illiyinə dair tədbir keçirilib.
Gəncə yazarları dünyanın ikili siyasətinə etiraz etdilər: "Soyqırımı türklər yox, ermənilər törədib"

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Çanaqqala savaşının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova bildirib ki, Ermənistan və erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır: "Əslində soyqırımı türklər yox, ermənilər törədib".

Yazıçının sözlərinə görə, bəzi dünya ölkələri qondarma "erməni soyqırımı" məsələsindən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edirlər: "Dinc insanların qanı ilə hakimiyyətə gələn Serj Sarkisyan gənclər qarşısında etdiyi çıxışında demişdi ki, "onlar Qarabağı qaytarıblar, yeni nəslin vəzifəsi isə Anadoludakı torpaqları geri almaqdır. Ancaq bütün dünya bu terror çağırışlarına susur. Bütün bunlar onu göstərir ki, dünyada ikili standartlar hökm sürür. Bu, özünü Dağlıq Qarabağ problemində də göstərir".

X.Hüseynova deyib ki, Azərbaycan yazarları bütün bunları öz yaradıcılığında ana xətt hesab etməlidir: "Biz öz əsərlərimizdə dünyanın ikili siyasətindən yazmalıyıq ki, gələcək nəsillər bundan agah olsun".

Tədbirdə Qərib Mehdi, Aləmzər Əlizadə, İnqilab İsaq, Sahib İbrahimli, Oqtay Abdulla, Ümbülbanu, Zaur Quluyev, Ramiz Təmkin, Elvin Mustafa, Məhəmməd Hacıyev və başqaları Çanaqqala savaşı haqqında fikirlərini söyləyib, ona həsr edilən yazılarını oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti