...

"Azərbaycan ailəsi-2016" film festivalına start verilib (FOTO)

Mədəniyyət Materials 29 Mart 2016 19:33 (UTC +04:00)
Martın 29-da Bakıda Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi-2016” film festivalına start verilib.
"Azərbaycan ailəsi-2016" film festivalına start verilib (FOTO)

Bakı. Trend:

Martın 29-da Bakıda Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan ailəsi-2016" film festivalına start verilib.

Trend Heydər Əliyev Fondunun saytına istinadən məlumat verir ki, bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə 2009-cu ildən təşkil olunan festivalın əhəmiyyətindən danışılıb.

Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmlərini, sosial çarxları, televiziya verilişlərini və fotoşəkillərini aprelin 1-dən oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti