...

“Ədəbiyyatımızın müsəlləh əsgəri” - Səməd Vurğun 110 (FOTO)

Mədəniyyət Materials 29 Aprel 2016 18:15 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında ədəbiyyatşünas, görkəmli ictimai xadim xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı tədbir keçirilib.
“Ədəbiyyatımızın müsəlləh əsgəri” - Səməd Vurğun 110 (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında ədəbiyyatşünas, görkəmli ictimai xadim xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş "Ədəbiyyatımızın müsəlləh əsgəri" adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əbdül Mahmudov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı, filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahim qızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Zaməddin Ziyadoğlu, Səməd Vurğunun ev-muzeyinin fond müdiri Xanım Şadlinskaya, şairə Zərəngiz Qayalı, tədqiqatçı, publisist Şəmistan Nəzərli, "Səda" Tədris Teatrının direktoru Mirələsgər Aslanov və başqaları iştirak ediblər.

Çıxışlarda qeyd olundu ki, həmişəyaşar şair Səməd Vurğun xalqın oxuyan qəlbi, "Odlar yurdu"nun nəğməkarı olub. Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm edən şairidi.

Ədəbi-bədii gecədə şairin həyat və yaradıcılığını əks etdirən video-çarx, "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş "Yeddi oğul istərəm" filmindən fraqmentlər və "Ədəbiyyatımızın müsəlləh əsgəri" adlı geniş kitab sərgisi nümayiş olunub, sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.

Səməd Vurğunun Azərbaycan ədəbiyyatının qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. "Fənər", "Könül dəftəri", "Şeirlər" adlı kitabları və yeni ruhlu şeirləri ilə Azərbaycan poeziyasının dilinə, ədəbiyyatımıza, dramaturgiyasına əlvanlıq, zənginlik gətirmişdir. "Vaqif" və "Xanlar "dramlarını, həmçinin "Muğan", "Aygün" və "Zamanın bayraqdarı" poemalarını yazmışdır.

1956-cı ildə şairin yubileyinin keçirilməsinə hazırlıq çərçivəsində "Azərbaycanın Xalq Şairi" fəxri adı təsis edilmiş və ilk dəfə bu ada Səməd Vurğun layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti