...

Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalda Azərbaycanı təmsil edib (FOTO)

Mədəniyyət Materials 4 İyul 2017 20:51 (UTC +04:00)
Azərbyacan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Belarusda keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib.
Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalda Azərbaycanı təmsil edib (FOTO)

Bakı. Trend:

Azərbyacan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Belarusda keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı beynəlxalq festivalında ölkəmizi təmsil edib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbyacan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan və Kalmıkıyanın əməkdar artist Şövqi Hüseynov iyun ayının 27-dən iyul ayının 2-dək Belarusun Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı beynəlxalq festivalında ölkəmizi təmsil edib.

Dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda Azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın açılış günündə Ş.Hüseynov görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Kəndimiz” mahnısı ilə tədbir iştirakçılarını salamlayıb və festivalda Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edib.

Müxtəlif xalqların iştirak etdiyi festivalı dövlət xadimləri, Azərbaycanın Belarusdakı səfiri və səfirlik əməkdaşları, Azərbaycan diasporunun üzvləri də izləyiblər. Azərbaycanın festivalda iştirakı Bobruysk şəhər icraiyyə komitəsi tərəfindən xüsusi qiymətləndirilib, şəhərin müxtəlif internet portallarında şəhər rəhbərliyinin Azərbaycan tamaşası ilə bağlı xəbərləri dərc edilib.

Bobruysk Şəhər İcraiyyə Komitəsinin BOBR.BY saytında “Kontrabas” monotamaşası “Dostluq çələngi”nin proqramını açdı başlıqlı yazıda şəhərin 630 illiyinə həsr edilən festivalda Azərbaycanın iştirakı haqqında geniş məlumat yer alıb. Məqalədə aktyorun uğurlu çıxışı yüksək qiymətləndirilib, tamaşanın və aktyor oyununun intellektual, fəlsəfi tərəfləri haqqında müsbət rəy yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti