...

Bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 17 İyul 2017 19:23 (UTC +04:00)
Bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyası ilə birgə layihəsi - əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib.

Trend-in məlumatına görə, gecədə respublikanın xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, respublikanın xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülnaz İsmayılova çıxış edib.

Konsertdə tanınmış incəsənət və mədəniyyət xadimləri, o cümlədən görkəmli bəstəkar, xalq artisti, professor Arif Məlikov, xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq artisti, professor Tofiq Bakıxanov və başqaları iştirak ediblər.

Gecədə C.Allahverdiyevin müəllimi A.Məlikova həsr etdiyi 2 saylı simfoniyası, xalq artisti F.Kərimova həsr etdiyi 3 saylı simfoniyası, Xor ilə simfonik orkestr üçün, eləcə də soprano ilə simfonik orkestr üçün yazdığı əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti