...

Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılır

Mədəniyyət Materials 20 Oktyabr 2017 11:39 (UTC +04:00)
Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılır.
Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılır

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 27-də Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçiriləcək.

Trend-in məlumatına görə, Vahid İnformasiya Bazası qloballaşma dövrünün virtual məkanında milli təsviri sənət irsinin qorunması və təbliği məqsədilə yaradılıb. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən yaradılan Azərbaycan dilində ilk e-resurs Azərbaycan təsviri sənət nümayəndələrinin bioqrafiya və sənət əsərlərinin bir mərkəzdə toplanması, istifadəsinin əlverişli olması, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edir.

Rəsm Qalereyasının eyniadlı veb-saytının (www.azgallery.az) yaradılması ölkəmizdə bu sahədə baş verən mədəni hadisələri işıqlandırmaqla yanaşı, sənətsevərləri qalereyanın fəaliyyəti ilə də yaxından tanış etməyə imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəsm Qalereyası 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında 1972-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Mədəniyyət Nazirliyi tərəfindən yaradılıb. Nazirliyin vəsaiti hesabına son illərdə fonda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanıb. Qalereya tərəfindən mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda, regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyalarında təşkil olunur. Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti