...

Kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün vergi, gömrük qanunvericliyində dəyişiklik edilməlidir

Mədəniyyət Materials 29 Yanvar 2018 12:53 (UTC +04:00)
Kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir.
Kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün vergi, gömrük qanunvericliyində dəyişiklik edilməlidir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, “Kinematoqrafiya haqqında” qanun layihəsi tam hazırdır:

"Artıq müvafiq nazirliklər bu layihəyə müsbət rəy veriblər. Lakin burada olan bir necə məsələyə görə, layihəni hələlik komitədə müzakirəyə çıxara bilmirik. Azərbaycan kinosunun tarixi dünya kinosu ilə demək olar ki, eyni vaxtda başlayıb. Amma bu gün Azərbaycan kinosunun dünya kinosuna öz töhfəsini verməsi üçün sıçrayışa ehtiyacı var. Biz kinematoqrafiya sahəsində güzəştlərin olması üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir. Bu dəyişiklik olduqdan sonra onları “Kinematoqrafiya haqqında” qanun layihəsinə daxil edə bilərik. Müvafiq qurumlar bu məsələyə müsbət rəy verdikdən sonra biz “Kinematoqrafiya haqqında” qanun layihəsini müzakirəyə çıxaracağıq”.

R.Hüseynov qeyd edib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələrinin yaxın vaxtlarda parlamentə təqdim edilməsi gözlənilir.

Onun sözlərinə görə, adlar və soyadlarla bağlı tənzimləyici sənədlər var: “Lakin bu, heç də adlar və soyadlarla bağlı bütün məsələləri əhatə edə bilmir. Ona görə də belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac duyuruq”.

R.Hüseynova əlavə edib ki, “Ad və soyadlar haqqında” qanun layihəsi yaxın vaxtlarda komitə üzvlərinə təqdim ediləcək.

Komitə sədri bildirib ki, tam yetkin hesab oluna bilən “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsində muğam sənətinin inkişafına xidmət edən bütün məsələlər öz əksini tapıb: “1930-cu illərdə hətta muğamların adlarının dəyişdirilməsi, bəzilərinin hətta sıradan çıxarılması məsələsi var idi. Azərbaycanda muğama diqqət heç vaxt indiki qədər olmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti