...

Sumqayıt Dövlət Dram Teatrı məktəblilərin görüşünə gəlib

Mədəniyyət Materials 22 Noyabr 2018 02:31 (UTC +04:00)
Kollektiv rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?", Qrimm qardaşlarının "İtkin qız" tamaşalarını balaca dostlarına təqdim edir.
Sumqayıt Dövlət Dram Teatrı məktəblilərin görüşünə gəlib

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Sumqayıt şəhər məktəblilərinin estetik zövqünün, dünya görüşünün, bədii anlamının formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların Azərbaycan və dünya dramaturgiyası nümunələri ilə tanışlığına böyük önəm verir.

Teatrdan Trend-ə verilən məlumata görə, elə bu məqsədlə məktəblilərin qısa tətil günlərində kiçik və orta yaş təbəqəsini əhatə edən tamaşaçılar üçün hazırlanmış yeni tamaşalar göstərilir. Noyabr ayında kollektiv rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?", Qrimm qardaşlarının "İtkin qız" tamaşalarını balaca dostlarına təqdim edir. "Kim güclü, kim ağıllı" tamaşanın süjet xətti özündə dostluğu, cəsarəti, vətənpərvərliyi ehtiva edir. Teatrın rəhbəri Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə əlaçı, intellektli şagirdlərdən ibarət alternativ bədii şura yaradılıb. Bu da heç şübhəsiz, uşaq və yeniyetmələrin arzu və istəklərinin nəzərə alınmasında, onları düşündürən aktual problemlərə uyğun əsərlərin seçilib repertuara daxil edilməsində səmərəli bəhrəsini verəcək.

Yaxın günlərdə məktəblilərin qış tətili müddətində onlara maraqlı və bayram əhval-ruhiyyəli yeni il proqramının hazırlanmasına start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti