...

Azərbaycanda tapılmış qədim tapıntıları alman alimləri tədqiq edirlər (FOTO)

Mədəniyyət Materials 18 Fevral 2019 10:57 (UTC +04:00)
Azərbaycan alimləri alman alimləri ilə birlikdə Şəmkir rayonu və onun ətrafında tapılmış e.ə.V əsrə aid tapıntıları yeni müasir cihazlarla tədqiq edirlər.
Azərbaycanda tapılmış qədim tapıntıları alman alimləri tədqiq edirlər (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan alimləri alman alimləri ilə birlikdə Şəmkir rayonu və onun ətrafında tapılmış e.ə.V əsrə aid tapıntıları yeni müasir cihazlarla tədqiq edirlər.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, 2013-cü ildən başlayaraq Lüdviq və Maksimilian ad. Münhen Universitetinin (Almaniya) Ön Asiya Arxeologiyası İnstitutu Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparırlar. Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiya tərəfindən Qaracəmirli kəndinin ərazisində aşkar olunan e.ə. V-IV əsrlərə aid sarayda arxeoloji tədqiqatları davam etdirməklə yanaşı, Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin qeydiyyatı və həmin abidələrdə əsasən kəşfiyyat xarakterli qazıntılar aparılıb.

Almaniyanın Münhen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutu Mədəni tədqiqatlar fakültəsinin Antik və müasir mədəniyyətlər departamentinin əməkdaşı, doktor Kai Kaniyut və departamentin elmi işçisi Mişaila Şauerin bildirdiklərinə görə, Şəmkir ərazisindəki abidələrdən aşkar edilmiş keramika nümunələri onların gətirdikləri müasir portativ rentgen-flüorestsens spektrometr (Handheld X-Ray Fluorescence Spectrometer) cihazları vasitəsilə tədqiq edilir. Cihazlar Azərbaycanın qədim əhalisinin keramika istehsalının texnologiyası barədə dəqiq və müfəssəl məlumatlar əldə etməyə imkan verir.

Elmi araşdırmaların nəticələri dünyanın ən nüfuzlu elmi toplularında dərc ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti