...

Əsgər Ələkbərov: Mədəni irsin qorunması ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir

Mədəniyyət Materials 23 Yanvar 2020 11:37 (UTC +04:00)
Hədəfimiz dəyişməzdir və bütün görülən işlər qədim mədəniyyətə malik İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı və eyni zamanda canlı tarixi obyekt kimi saxlanılması və inkişafına yönəlib
Əsgər Ələkbərov: Mədəni irsin qorunması ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir

Bakı. İlhamə İsabalayeva - Trend:

Hədəfimiz dəyişməzdir və bütün görülən işlər qədim mədəniyyətə malik İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı və eyni zamanda canlı tarixi obyekt kimi saxlanılması və inkişafına yönəlib.

Trend-in məlumatına görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Ə.Ələkbərov əlavə edib ki, mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident Ilham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə son illərdə İçərişəhər və Qala Qoruqları ərazisində tarixi mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib.

Ötən il "İçərişəhər" DTMQI tərəfindən keçirilən tədbirlər barədə məlumat verən Ə.Ələkbərov qeyd edib ki, keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə Nəsimi Festivalı da keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti