...

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək “Söz” ədəbi layihəsi Xocalı faciəsinin qurbanlarına həsr olunacaq

Mədəniyyət Materials 21 Fevral 2020 23:23 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək “Söz” ədəbi layihəsi Xocalı faciəsinin qurbanlarına həsr olunacaq

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək “Söz” ədəbi layihəsi növbəti tədbiri “Xocalı soyqımı”nın şəhidlərinə həsr olunacaq.

Trend-in məlumatına görə, 25 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində reallaşacaq gecədə “Unutmadıq!” adlı bədii proqram təqdim olunacaq. Gecədə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndiriləcək.

Xocalıya ədalət !, Xalqın gücü birliyində və yaddaşındadır ! şüarı ilə baş tutacaq tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihənin rəhbəri şairə Nigar Həsənzadədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti