...

Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək

Mədəniyyət Materials 8 Aprel 2020 15:18 (UTC +04:00)
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə yeni incəsənət-xeyriyyə aksiyasının həyata keçirilməsi planlaşdırılır.

İdarənin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, aksiya çərçivəsində idarə öz hesabına ölkəmizin bir neçə gənc istedadlı rəssamlarına - Bəhruz Kənqərliyə, Səyalı Məmmədovaya, Orxan Qarayevə, İmran Mehdiyevə və Vüsalə Ağarzayevaya koronavirusla mübarizəyə həsr edilmiş rəsmlərin çəkilməsini sifariş edib.

Rəsmlər daha sonra idarə tərəfindən xüsusi təşkil edilmiş auksiona çıxarılacaq. Auksion onlayn qaydada əvvəlcədən İdarə tərəfindən əlavə elan ediləcək vaxtda qapalı şəkildə keçiriləcək.

Qeyd edək ki, auksionda rəsmlərin satışından əldə olunacaq məbləğ "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən tam şəkildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti