...

“İçərişəhər” DTMQ İdarəsi XIV əsrə aid “Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlayıb

Mədəniyyət Materials 7 Sentyabr 2020 18:49 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

“İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu (DTMQ) İdarəsi tərəfindən hər il olduğu kimi tarixi abidələrimizin qorunub-saxlanması məqsədilə bərpa-restavrasiya planına əsasən aparılan işlər 2020-ci ildə də uğurla davam etdirilir. Bu işlər çərçivəsində İçərişəhərdə XIV əsrə aid qədim “Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb.

İdarədən Trend-ə bildirilib ki, XIV əsrə aid bu ölkə əhəmiyyətli abidə daha qədim bir tikilinin üzərində inşa edilmişdir. Müasir günümüzə kimi qorunub saxlanan bu tarixi məkanın qədimiliyini, tarixi görünüşünü qoruyub saxlamaq məqsədi ilə həyata keçiriləcək bərpa-konservasiya işləri İdarənin sifarişi ilə Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış və son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Qoşa Qala Qapılarının portalı, Qala divarları, Yeraltı hamam və s.) uğurla ən müasir bərpa-konservasiya texnologiyaların istifadəsi ilə irimiqyaslı işlər aparan “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır.

Qeyd edək ki, “Multani” karvansarayında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti