...

Nizami Gəncəviyə qarşı təxribatla bağlı "Viktoriya Albert" muzeyinə məktub göndərilib

Mədəniyyət Materials 16 Dekabr 2021 16:58 (UTC +04:00)
Nizami Gəncəviyə qarşı təxribatla bağlı "Viktoriya Albert" muzeyinə məktub göndərilib

Bakı. Çingiz Səfərli - Trend:

"Viktoriya Albert" muzeyinə Nizami Gəncəviyə qarşı təxribatla bağlı məktub göndərmişəm.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rəfael Hüseynov "Nizami Gəncəvi Mədəni İrsi XXI əsr" simpoziumunda çıxışı zamanı deyib.

O bildirib ki, müxtəlif qüvvələr Nizamini Azərbaycandan ayırmağa, onu başqa millətin nümayəndəsi kimi dünyaya təqdim etməyə çalışırlar.

"Bunlar hamısı başadüşüləndir. Nizami Azərbaycanı güclü göstərən amillərdəndir.
2021-ci ili ölkə başçısı "Nizami ili" elan edibsə, bunun arxasında mütləq siyasi hədəf var. Bu hədəf də ondan ibarətdir ki, biz Nizami irsini qorumalıyıq", - deyə millət vəkili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti