...

Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə yaradılacaq muzey və xatirə komplekslərinin maketlərini təqdim edib (FOTO)

Mədəniyyət Materials 20 Oktyabr 2022 13:44 (UTC +04:00)
Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə yaradılacaq muzey və xatirə komplekslərinin maketlərini təqdim edib (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyi Bakıda davam edən beynəlxalq sərgilər çərçivəsində öz stendində Azərbaycanın azad edilmiş ərazilərində inşa olunacaq muzey və xatirə komplekslərinin maketlərini təqdim edib.

Bunu cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, nazirliyin stendində azad edilmiş ərazilərdəki mədəniyyət mərkəzlərinə virtual ziyarət imkanı təqdim olunur.

"Bundan başqa, stendimizdə italyan mütəxəssislər tərəfindən hazırlanmış Füzuli xatirə kompleksi və Ağdam işğal muzeyinin maketləri ilk dəfə təqdim olunub. Bu muzeyin məqsədi insanları Ağdamın bütün görməli yerlərinin ermənilər tərəfindən dağıdılması barədə məlumatlandırmaqdır. Vandalizmə məruz qalmış bəzi obyektlərin dəyişməz vəziyyətdə saxlanması dünya praktikasına uiyğun olaraq, erməni vandalizmi barədə məlumatlandırmaq xarakteri daşıyır. Hazırda məlumdur ki, erməni vandalizminə məruz qalmış Ağdam Dram Teatrı indiki vəziyyətdə saxlanacaq. Bundan başqa qeyd etmək istəyirəm ki, Ağdamda Prezident İlham Əliyevin bayraq ucaltdığı yerdə Milli bayraq meydanı yaradılacaq. Bayraq meydanının qarşısında "Zəfər" arenasının tikintisi planlaşdırılır. Bu arenadan müxtəlif tədbirləri izləmək mümkün olacaq", - deyə o bildirib.

N.Allahyarova qeyd edib ki, Füzuli memorial kompleksi beş pavilyondan ibarət olacaq. Bu pavilyonlarda müxtəlif məlumatlar əks olunacaq. Belə ki pavilyonlardan biri Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunacaq, bir başqası erməni işğalının fəsadlarını əks etdirəcək.

O əlavə edib ki, bu gün Mədəniyyət Nazirliyinin stendində Şuşa şəhərinin kataloqu da nümayiş etdirilir.

"Bu kataloq üç dildə təqdim olunur və şəhər haqqında tarixi məlumatları, görməli yerlərini, eləcə də digər vizual məlumatları əks etdirir", - N.Allahyarova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti