...

Ekspert: Azərbaycan regionun əsas arteriyası rolunu oynayır

Nəzər nöqtəsi Materials 19 Fevral 2018 17:58 (UTC +04:00)
Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın potensialı çox yüksəkdir
Ekspert: Azərbaycan regionun əsas arteriyası rolunu oynayır

Moskva. Gülnarə Məmmədova, Ənvər Məmmədov - Trend:

Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın potensialı çox yüksəkdir.

Bunu Trend-ə Rusiyanın Xarici və müdafiə siyasəti Şurasının rəyasət heyətinin fəxri sədri Sergey Karaqanov deyib.

Ekspert Azərbaycan, Rusiya və İran arasında üçtərəfli qarşılıqlı fəaliyyət kontekstində açılan perspektivləri də qeyd edib:

“Regional əməkdaşlığın inkişafı üçün “Şimal-Cənub” dəmir yolu layihəsinin rolunu xüsusi qeyd etmək istərdim. Azərbaycan bu kontekstdə əsas arteriya rolunu oynayır. Bu layihə həmçinin Hindistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini meydana çıxarır”.

Xəbər lenti

Xəbər lenti