Bakı. Trend:
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Şöhrət Vəlixan oğluna dostu Salyan rayon sakini Şirəliyev Asif Yadulla oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən sovqatda olan ədyalın içərisindən 0.463 qram narkotik vasitə - tiryək aşkar edilib.
Qeyd olunan faktla bağlı araşdırma aparılır.