...

Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?

Gündəm Materials 12 Mart 2018 20:03 (UTC +04:00)
Azərbaycanda TV və radionun elektromaqnit təsirinin səviyyəsi ölçülüb.
Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakı və Abşeron yarımadası ərazisindəki teleradiostansiyaların elektromaqnit şüalarının səviyyəsi normanı keçmir.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Hazırda Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı teleqülləsinin siqnalının bir sıra yaşayış məntəqələrində elektromaqnit sahəsinin gərginliyinin təhlilini həyata keçirir. Bildirilib ki, analoji işlər Azərbaycanın rayonlarında da aparılır.

Qeyd edək ki, ölçmə işləri rüblük olaraq aparılır. Əldə olunan məlumatlar əvvəlki göstəricilərlə müqayisə olunur və elektromaqnit gərginliyin artması müşahidə olunarsa DRİ mütəxəssisləri optimallaşdırma işlərini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti