...

Azərbaycandakı hotellərdə daha çox BƏƏ və Rusiya vətəndaşları gecələyir

Cəmiyyət Materials 26 Aprel 2018 16:30 (UTC +04:00)
Azərbaycandakı hotellərdə daha çox BƏƏ və Rusiya vətəndaşları gecələyir.
Azərbaycandakı hotellərdə daha çox BƏƏ və Rusiya vətəndaşları gecələyir

Bakı. İlhamə İsabalayeva - Trend:

2018-ci ilin birinci rübündə Azərbaycandakı mehmanxanalarda 586,0 min gecələmə olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz çoxdur.

Trend-in məlumatına görə, gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələ, 8,6 faizi Qusar, 4,8 faizi Naftalan, 3,8 faizi Naxçıvan Muxtar Respublikası, 3,7 faizi Quba, 1,0 faizi Gəncədə, hər birində 0,8 faiz olmaqla Lənkəran və Masallıda, hər birində 0,5 faiz olmaqla Tovuz və Qazaxda, 7,8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir. Gecələmələrin 18,3 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14,0 faizi Rusiya Federasiyası vətəndaşları, 9,4 faizi İran vətəndaşları, 4,9 faizi Türkiyə vətəndaşları, 4,4 faizi ABŞ vətəndaşları, 3,7 faizi Qətər vətəndaşları, 3,3 faizi Böyük Britaniya vətəndaşları, 3,1 faizi Küveyt vətəndaşları, 1,6 faizi Ukrayna vətəndaşları, 1,5 faizi Almaniya vətəndaşları, 0,8 faizi İtaliya vətəndaşları, 0,7 faizi Gürcüstan vətəndaşları, 34,3 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.

Cari ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub ki, onun 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20,0 faiz təşkil edib. Bu göstərici Naftalanda 52,0 faiz, Bakı 32,1 faiz, Qusar 24,2 faiz, Qəbələ 22,9 faiz, Quba 21,7 faiz, Naxçıvan Muxtar Respublikası 9,1 faiz, Lənkəran 7,6 faiz, Şəki 6,5 faiz, Şamaxı 4,2 faiz, Gəncə 2,8 faiz, Qaxda 2,5 faiz, digər şəhər və rayonlarda isə 2,5 faizdən aşağı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti