...

Azərbaycan Beynəlxalq Bankından bankomatlarında 200 manatlıq əsginasların nağdlaşdırılması ilə bağlı AÇIQLAMA

Gündəm Materials 31 May 2018 09:37 (UTC +04:00)
Ölkəmizdə tədavülə yenicə buraxılmış 200 manatlıq əsginasları indi Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əldə etmək olar.
Azərbaycan Beynəlxalq Bankından bankomatlarında 200 manatlıq əsginasların nağdlaşdırılması ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Ölkəmizdə tədavülə yenicə buraxılmış 200 manatlıq əsginasları indi Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əldə etmək olar.

Bank-dan Trend-ə verilən məlumata görə, bu gündən etibarən inkassasiya zamanı bəzi bankomatlarında digər nominallarla yanaşı, 200 manatlıq əsginasların da yerləşdirilməsinə başlayıb. Hazırda 200 manatlıq əsginasları müştərilər bankın Baş ofis binası, Səbail filialı, Nəsimi filialı, Mərkəzi filialı, Port Baku və Socar Tower-dəki bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankının bəzi digər bankomatlarında da bu əsginaslarla nağdlaşdırma aparmaq mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Bankın respublikamızın müxtəlif regionlarını əhatə edən 763 bankomatı müştərilərin xidmətindədir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti