...

Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər

Gündəm Materials 5 İyun 2018 16:28 (UTC +04:00)
Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər.
Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev idxal olunan bir sıra məhsullara gömrük rüsumlarının azaldıla biləcəyini vurğulayıb:

"Bu məsələyə gələn il üçün əlavə və dəyişikliklər zərfinin müzakirəsi zamanı baxıla bilər".

DGK sədri bildirib ki, daxil olan əsas təkliflər ölkəyə gətirilən, sonradan istehsalatda istifadə olunan xammala olan rüsumun azaldılması ilə bağlıdır:

"Hökumət sahibkarlardan daxil olan bütün təkliflərə baxacaq və zərurət halında müvafiq qərarlar qəbul edəcək".

Xatırladaq ki, 2018-ci il yanvarın 1-dən Azərbaycanda yeni gömrük rüsumları qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti