...

"Rabitəbank"a saxta dollar verən əcnəbilərin məhkəməsi başladı

Gündəm Materials 16 Oktyabr 2018 13:49 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən xarici ölkə vətəndaşları-1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Rabitəbank"a saxta dollar verən əcnəbilərin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən xarici ölkə vətəndaşları - 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Onlar məhkəməyə səfirlik nümayəndələrinin dəvət olunmasını və prosesin həmin şəxslərin izləməsi ilə keçirilməsini istəyiblər.

Prosesdə ifadə verən şahid, “Rabitə Bank”ın Yasamal filialının əməkdaşı Elvin Binyətov deyib ki, hadisə zamanı ilk əvvəl həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşaraq ona ABŞ dolları veib: "Digər şəxslər isə ondan əvvəl banka daxil olub, sonra çölə çıxmışdı. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib aidiyyəti quruma məlumat verdik".

“Rabitə Bank”ın Yasamal filialının xəzinadarı Elçin İbrahimov isə deyib ki, M.Rəsulov banka gəlib əməliyyat şöbəsində kartına 20 min dollar köçürmək istədiyini bildirib: "O sonra kassaya yaxınlaşdı. Pulları yoxlayanda saxta olduğunu bildim. Pulların üzünə baxanda da saxta olduğu bilinirdi. Lakin onun təqdim etdiyi əskinas 18 900 dollar idi. Dollarların saxta olduğunu Rəsula deyəndə pulların ona məxsus olmadığını bildirdi. Çin vətəndaşları isə bankdan kənarda dayanmışdı".

Digər şahid, polis əməkdaşı Rüstəm Əliyev ifadəsində qeyd edib ki, hadisə barədə onlara məlumat daxil olan kimi banka gəlib: "Biz banka gəlib həmin şəxsləri saxladıq, sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verdik".

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın Yasamal filialında 18 900 məbləğində saxta ABŞ dolları dəyişmək istəyərkən tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti