...

Azərbaycanın müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib (FOTO)

Gündəm Materials 21 Noyabr 2018 11:00 (UTC +04:00)
Noyabrın 21-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.
Azərbaycanın müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 21-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti