...

Ağdam Sukanal İdarəsinin işçisini elektrik cərəyanı vurub öldürdü

Gündəm Materials 7 Fevral 2019 19:30 (UTC +04:00)
Ağdamda bədbəxt hadisə baş verib
Ağdam Sukanal İdarəsinin işçisini elektrik cərəyanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Ağdamda bədbəxt hadisə baş verib.

Ağdam rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Eyvazlı kənd sakini, Ağdam Sukanal İdarəsində elektrik işləyən, 1973-cü il təvəllüdlü Zahid Rəhim oğlu Nağıyev "Quzanlı-1" qəsəbəsində transformatorda təmir işləri apararkən elektrik enerjisi vurub.

Nəticədə A.Nağıyev hadisə yerində dünyasını dəyişib.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, iş üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti