...

Gəncədə metal sexində faciə - 30 yaşlı işçi yıxılıb öldü

Gündəm Materials 16 İyul 2019 22:32 (UTC +04:00)
Gəncədə metaləritmə sexində faciə baş verib
Gəncədə metal sexində faciə - 30 yaşlı işçi yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Gəncədə metaləritmə sexində faciə baş verib.

Gəncə şəhər Prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, hadisə Gəncə şəhər Çini qablar zavodunun ərazisində yerləşən metaləritmə sexində qeydə alınıb.

Həmin sexdə işləyən Əsədov Nicat Fizuli oğlunun yıxılıb xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, 1989-cu il təvəllüdlü Gəncə şəhəri, Məhsəti qəsəbəsi sakini Əsədov Nicat Fizuli oğlu Gəncə şəhəri Çini qablar zavodunun ərazisində yerləşən metaləritmə sexində dam örtüyü düzəldən zaman yerə yıxılaraq xəsarət alıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti