...

Bakının bu yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)

Gündəm Materials 8 Sentyabr 2020 18:52 (UTC +04:00)
Bakının bu yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)

Bakı. Trend:

Hazırda Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, xüsusən də Heydər Əliyev prospekti şəhər istiqamətində və Yusif Səfərov küçəsində ciddi sıxlıq var.

Bu səbəbdən də “Koroğlu” NMM-dən metronun “28 May” stansiyası istiqamətində avtobusların intervalında gecikmələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti