...

Bakıda eyni yolda iki qəza - Yük avtomobili aşdı (FOTO)

Gündəm Materials 23 Noyabr 2020 10:28 (UTC +04:00)
Bakıda eyni yolda iki qəza - Yük avtomobili aşdı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda eyni yolda baş verən iki avtomobil qəzası tıxaca səbəb olub.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Hadisə hava limanına gedən yolda qeydə alınıb.

Qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər bir qəza da hava limanı istiqamətində qeydə alınıb. "Baku Ekspo Mərkəzi" yaxınlığında Ford markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti