...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 563 mindən çox artıb

Gündəm Materials 31 Dekabr 2020 00:44 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 563 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 563 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 563 983 nəfər yeni koronavirusa yoluxub, 11 784 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 80 773 033, ölənlərin isə 1 783 619 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti