...

4 ədəd mina aşkarlanıb, 86 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA (FOTO)

Gündəm Materials 9 Yanvar 2021 04:00 (UTC +04:00)
4 ədəd mina aşkarlanıb, 86 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA (FOTO)

Bakı. Trend:

2021-ci il 08 Yanvar tarixlərində Agentliyə Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 7 (yeddi) müraciət daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, daxil olmuş 7 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 11 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 15 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 4 ədəd piyada əleyhinə mina, boru şəkilli partlayıcı yük (100 metr) və 5 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 86 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti