...

Rusiya Rəşid İsmayılovu Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi vəzifəsinə namizəd irəli sürüb

Gündəm Materials 7 Aprel 2021 19:03 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın rabitə nazirinin sabiq müavini Rəşid İsmayılov Rusiya tərəfindən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi vəzifəsinə namizəd irəli sürülüb.

Trend-in məlumatına görə, bunu ölkənin rəqəmsal inkişaf və rabitə naziri Maksut Şadayev deyib.

Hazırda İttifaqın baş katibi çinli Çjao Houpindir.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ilin noyabrında Bakıda doğulub. O, 2014-2018-ci illərdə rabitə nazirinin müavini işləyib. Hazırda o, "Vımpelkom" şirkətinin prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti