...

Bakıda ağır qəza olub - 4 nəfər xəsarət alıb (FOTO)

Gündəm Materials 24 May 2021 09:22 (UTC +04:00)
Bakıda ağır qəza olub - 4 nəfər xəsarət alıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki "LADA" markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtomobilin deformasiyaya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Avtomobildən çıxarılan sürücü və sərnişin aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti