...

Şirvanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb (FOTO)

Gündəm Materials 18 Dekabr 2021 08:55 (UTC +04:00)
Şirvanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb (FOTO)

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirllər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti