...

Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib

Gündəm Materials 19 Dekabr 2021 16:06 (UTC +04:00)
Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib

Bakı. Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən müvafiq tədbirlərlə Astara rayonu ərazisində yerləşən “Cənnət” şadlıq sarayında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Bununla bağlı olaraq həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmçinin rayonun Şiyəkəran kəndi ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində də karantin rejim qaydalarının pozulduğu aşkarlanıb. Həmin toyun təşkilatçısı Ş.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti