...

Yeni binalarda çıxarış məsələsi niyə hələ də tam həllini tapmır?

Gündəm Materials 4 Yanvar 2022 11:20 (UTC +04:00)
Yeni binalarda çıxarış məsələsi niyə hələ də tam həllini tapmır?

Bakı. Fərid Zöhrabov -Trend:

Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı (kupça) var. Yeni binalarda "kupça” problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir. Vətəndaşlar üçün sənədləşmə prosesi xeyli asanlaşdırılsa da, hələ də rəqəmlər göstərir ki, dövlət qeydiyyatına alınmayan kifayət qədər ev qalmaqdadır.

Mövzu ilə bağlı Trend-ə danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, "kupça"ların verilməməsində, yaxud da gecikdirilməsində əsas məsuliyyət mənzil-tikinti kooperativlərinin (MTK) üzərinə düşür.

"Bəzi, MTK-lərin sənədləri qaydasında olmur. Məsələn, şirkət 16 mərtəbəli binanın tikintisi üçün sərəncam alır, lakin tikdiyi bina 18 mərtəbə olur, və yaxud yanğın təhlükəsizliyi ilə bağlı sənədi olmur. Tikintiyə icazə alınıb, ancaq inşaat sənədi yoxdur", - deyə o bildirib.

E.Azadov yaşayış binasının tikintisi üçün xeyli sənəd tələb olunduğunu da deyib.

"Hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir. Ev almaq istəyən vətəndaş çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsə, MTK-nin sənədləri ilə maraqlansın", - deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti