Bakı. Trend:
Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlu (İbrahimov)barəsində 4 maddə ilə cinayət işi başlanıb.
Trend-in məlumatına görə, T. Fətişoğlu Barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4-cü(cinayətə təhrik etmə), 178.2.4-cü ((xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu(vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb.
Xatırladaq ki, T.İbrahimov özünü Baş Prokurorluğun mətbuat katibi kimi təqdim edərək Ağcabədi rayon sakini, həbs edilmiş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi məqsədilə onun atası Bayram Ələsgərovu aldadaraq 25 000 manatını alıb.
Teylor Fətişoğlu barəsində Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılıb.
Cinayət işi üzrə materiallar baxılması üçün Xətai rayon məhkəməsinə göndərilib. T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T.İbrahimov 6 il əvvəl Ağdam rayonunun sabiq icra başçısı Raqib Məmmədovun adından dələduzluq etməkdə təqsirli bilinirdi.