...

Qlobal Bakı Forumu çərçivəsində dördüncü panel iclası keçirilib (FOTO)

Gündəm Materials 10 Mart 2023 11:14 (UTC +04:00)
Qlobal Bakı Forumu çərçivəsində dördüncü panel iclası keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda dördüncü panel iclası keçirilib.

Trend-in məlumatına görə, Bolqarıstanın sabiq prezidenti Rosen Plevnelievin moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktor müavini Nacat Muxtar, Monteneqronun sabiq prezidenti Filip Vujanovic, Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya, Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun çıxış ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.

"Biz COVID-19-la bağlı 300-dən artıq tövsiyə verdik. Pandemiya fondu yaradıldı. Dövlətlər bir araya gələrək qəbul etdilər ki, zəngin və kasıb olmasına baxmayaraq, sağlamlıq hər kəsin hüququdur”,- deyə o əlavə edib.

Monteneqronun sabiq prezidenti Filip Vujanovic bildirib ki, vaksin bərabərsizliyi 1.3 milyon kasıb insanın ölməsi ilə nəticələndi.

“Müasir dövlətlərin uğursuzluqları mənfəəti cəmiyyətdən üstün tutmaları oldu. Pandemiya gənc insanların həyatlarına təsir göstərdi. Daha yaxşı səhiyyə sistemini təmin etmək üçün yalnız iqtisadi siyasi maraqlarımızı seçməməliyik”, - deyə o əlavə edib.

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur.

“Maliyyə qaynaqları bərabər şəkildə istifadə edilməlidir. Tibbi xidmətlər daha əlçatan olmalıdır. Özəl sektorun sağlamlığın təmin edilməsində rolu danılmazdır. Səhiyyə sistemi bir sıra ölkələrdə əlçatan deyil. Biz səhiyyə prioritetlərinə əməl olunmasına çağrırıq.
Dayanıqlılığı təmin etmək üçün addımlar atılmalıdır ki, gələcəkdə də bu cür təhlükələrlə üzləşdikdə hazırlıqlı olaq”, - deyə T.Musayev əlavə edib.

Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya vurğulayıb ki, digər ölkələrdə Azərbaycanla müqayisədə bu xəstəlikdən ölüm sayı 5 dəfə artıqdır.
“İnsanların sağlamlığı gələcəyə investisiyadır. Avropa siyasi icması da buna bağlılığını göstərməlidir”, - deyə o bildirib.

Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun video müraciətində qeyd edib ki, pandemiya bizi digər xəstəliklərdən yayındırdı.

“Səhiyyə sahəsində çətinliklər hələ də qalmaqdadır. Bu bir çox ölümlərlə nəticələndi. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Əks halda gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. Ölkələr səhiyyəyə kifayət qədər maliyyə ayrılmalıdır. Resursların səfərbər edilməsi bu problemi həll edə bilər”,- deyə o əlavə edib.

Panel iclas müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti