...

İstanbulda saxta 1 milyard dollar müsadirə edilib

Gündəm Materials 10 İyun 2023 04:51 (UTC +04:00)
İstanbulda saxta 1 milyard dollar müsadirə edilib

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin hüquq-mühafizə orqanlarına əsasən xarici vətəndaşlardan ibarət cinayətkar şəbəkənin Afrika ölkələrinə saxta dollar əskinasları göndərməyə hazırlaşdığı barədə məlumat daxil olub.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin Kağıthanə rayonunda yerləşən anbara tez-tez girib-çıxdıqlarını, həmçinin ora qutular daşıdıqlarını müəyyən ediblər.

Polislərin keçirdiyi əməliyyat zamanı 3 İsveç, 1 İngiltərə, 1 Qana və 1 Türkiyə vətəndaşı saxlanılıb.

Anbardan 10 milyon ədəd 100 dollarlıq əskinas müsadirə edilib (1 milyard dollar).

Həbs edilənlərin Şişli rayonunda yerləşən villalarında da axtarışlar aparılıb, axtarış zamanı qızıl-zinət əşyaları və külli miqdarda pul müsadirə edilib.

Saxlanılanların vətəndaşı olduğu ölkələrin konsulluqları istintaqla bağlı məlumatlandırılıb.

Vurğulanır ki, bu, ölkə tarixində eyni anda müsadirə edilən ən çox saxta puldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti