...

Danimarka rəsmiləri insanlığa sığmayan hərəkətlərə göz yumur – Ömər Çelik

Gündəm Materials 25 İyul 2023 23:58 (UTC +04:00)
Danimarka rəsmiləri insanlığa sığmayan hərəkətlərə göz yumur – Ömər Çelik

Bakı. Trend:

Danimarka rəsmiləri insanlığa sığmayan hərəkətlərə göz yumur.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

"Müqəddəs kitabımız Qurani-Kərimə qarşı davam edən hücumlar, o cümlədən Danimarkadakı səfirliyimizin qarşısındakı hücumlar lənətlənmiş və alçaq hərəkətlərdir. Danimarka hakimiyyəti bu nifrət aktlarına görə məsuliyyət daşıyır" – deyə Çelik bildirib

Xatırladaq ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.

Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də İran və İraq səfirliyi qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri bu gün Misirin, daha sonra Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti