...

Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır – Ömer Çelik

Gündəm Materials 1 Avqust 2023 23:25 (UTC +04:00)
Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır – Ömer Çelik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

“Disney” platforması erməni lobbisinin təzyiqinə məruz qalaraq “Atatürk” serialını efirə vermədən ləğv edib.

“Sözügedən platformanın bu münasibəti Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir. Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir.” – deyə Çelik qeyd edib.

O bildirib ki, bu şəbəkələrin fəaliyyətləri Atatürk və Türkiyə Cümhuriyyətinə zərər yetirə biləcək gücdə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti