...

“Microsoft”un “Office” və “Windows” məhsullarına təsir edən boşluq aşkar edilib

Gündəm Materials 16 Avqust 2023 14:23 (UTC +04:00)
“Microsoft”un “Office” və “Windows” məhsullarına təsir edən boşluq aşkar edilib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft”un “Office” və “Windows” məhsullarına təsir edən boşluq (CVE-2023-36884) aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.

Boşluq “Microsoft”un “Office” və “Windows” sistemlərində uzaqdan kod icrası zəifliyidir. Bu boşluqdan müvəffəqiyyətlə istifadə edən kiberdələduz xüsusi hazırlanmış “Microsoft”un “Office” sənədi vasitəsilə ixtiyari kodu icra etmək imkanı əldə edir.

Boşluğun istismarı kiberdələduza ixtiyari kod icra etməyə, fərdi məlumatları ələ keçirməyə, dəyişdirməyə və silməyə imkan verir.

Təsirə məruz qalan məhsulların ən son versiyaya yenilənməsi tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti